Hindistanda dəmir yolunda selfi çəkdirmək istəyən tələbələr qatarın altına düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində hər üç tələbə ölüb.
Məlumata görə, hadisə ölkənin cənubunda, Karnataka ştatında, Banqalor şəhərindən 30 kilometr cənubda baş verib.
Araşdırma zamanı dəmir yolunda iki motosiklet və həlak olanların çantalarını tapıb.