Ucar rayonunda yol qəzası olub.
Buhaqda Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumatda bildirilib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı dərəyə düşüb.
Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.