Modern.az

KİVDF qəzetlər üçün yeni müsabiqəsi elan edib (Şərtlər)

KİVDF qəzetlər üçün yeni müsabiqəsi elan edib (Şərtlər)

Media

6 İyun 2011, 16:51

6 iyun  2011-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası  bu gün keçirdiyi iclasında 2011-ci ilin ikinci yarısı üçün KİV  layihələrinin maliyyələşdirilməsi ilə bağlı  üsabiqənin elan edilməsi müzakirə edilib.

Modern.az KİVDF-yə istinadən bildirir ki, bu barədə şura üzvləri geniş müzakirələr apararaq  2011-ci ilin ikinci yarımili üçün nəzərdə tutalan müsabiqənin şərtlərini təsdiq edilərək elanın verilməsini üçün qərar qəbul ediblər.

Beləliklə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2011-ci ilin 2-ci yarımili  üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı aşağıdakı istiqamətlərdə üsabiqə elan edib.

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

2.  Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. 

3.  İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.

4.  İctimai və dövlət maraqlarının müdafiəsi.

5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin    problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.

8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği

9.  Azərbaycançılıq ideyasının təbliği.

10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

11.  Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.

12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.

13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.

14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

16. Elm və təhsilin inkişaf etdirilməsi.

17. Ekologiya və ətraf mühitin mühafizəsi.

18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.

- müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm olaraq ayda 1 dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar. 

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;

- əsasən reklam və erotik xarakterli materiallar dərc edən;

- təsisçisi dini qurumlar və dini icmalar olan;

- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan;

- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan;

- təsisçiləri dövlət orqanları olan

Maliyyə yardımının şərtləri:

- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;

- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.

Hər layihə üçün maksimum məbləğ 40 000 (Qırx min) manat müəyyən edilib.

Hər KİV bir layihə təqdim edə bilər.

Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.

Sənədlər   iyunun 7-dən  -   25-dək qəbul olunur.

Nəticələr iyunun  30-dək elan ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi