Modern.az

Bakıda daha bir yol çökdü - \"Azəravtoyol\" səbəb göstərdi - FOTOLAR - YENİLƏNİB

Bakıda daha bir yol çökdü - \

4 Oktyabr 2017, 12:33

Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən yolun bir hissəsi çöküb.

 

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun çökməsinə səbəb yerin altından keçən kanalizasiya xəttinin partlaması olub.

 

Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir.

 

Ərazidə nəqliyyatın gediş-gəlişi tamamilə məhdudlaşdırılıb.

 

Hazırda "Azərsu" ASC-nin əməkdaşları hadisə yerindədirlər.

 

Qeyd edək ki, çökən yol “Azəravtoyol” ASC tərəfindən çəkilib.


***

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.

Bu barədə Modern.az-a məlumat verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qurumun əməkdaşları hadisə yerindədir:

“Dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır”.

A.Nəcəfli bildirib ki, kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu