Modern.az

Litvada təhsil alan tələbələr “Azərbaycan Kino Gecəsi” keçirib

Litvada təhsil alan tələbələr “Azərbaycan Kino Gecəsi” keçirib

6 İyun 2011, 17:39

Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər. 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbirdə “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi tələbə Samir Musayev gələn qonaqlara öz təşəkkürünü bildirib.

Çıxışdan sonra tələbələrimiz Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat ediblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev” və “Düyün” filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə qonaqların Azərbaycan milli şirniyyatlarını dadmaqlara fürsətləri olub. Sonda isə gələn qonaqlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi və “Odlar Yurdu Təşkilatı”nın maddi və təşkilati dəstəyi ilə keçirilən Azərbaycan film sənətinə həsr olunmuş gecə qonaqların sözün əsl mənasında tam zövqünü oxşayıb.

Nəzərinizə çatdıraq ki, sözügedən ölkədə təhsil almaq üçün Heydər Əliyev Fondu ilə Litva dövləti arasında bağlanmış müqaviləyə əsasən 20 nəfərə yaxın tələbə 2010-cu ilin sentyabr ayından buraya göndərilib. Onların bir qismi Vilnus şəhərində, digərləri isə Kaunas şəhərindədirlər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular