İsveçdə 2017-ci il kimya üzrə Nobel mükafatının laureatları məlum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafata 3 nəfər - amerikalı Yoahim Frank, isveçrəli jak Düboşe və britaniyalı Riçard Henderson layiq görülüb.
Onlar məhlulda yüksək çözümlü molekulların strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiyanın hazırlanmasına görə Nobel mükafatı ilə təltif ediliblər.