Bu ayın 12-də Türkiyədə keçiriləcək parlament seçkiləri Azərbaycanda da ciddi maraq doğurur.
Azərbaycanlılar arasında daha çox hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyası tanınır.
Modern.az saytı bununla bağlı internet sorğusu keçirir və bu 3 partiyadan hansının qələbə çalacağı ilə bağlı rəy öyrənməyə çalışır.
Saytımızda keçirilən sorğuda 500 internet istifadəçisi iştirak edib.
İlkin nəticəyə görə, rəyi soruşulanların 64, 96 faizi hakim AKP-nin qələbə çalacağını bildirir.
Respondentlərin 19,71 faizi MHP-nin birincilik əldə edəcəyini qeyd edir.
Türkiyədə ana müxalifət hesab edilən CHP isə hələki 15, 33 faiz oxucu səsis qazanıb.
Modern.az