Modern.az

Boris Berezovskinin atılmış qəbri görənləri dəhşətə gətirdi

Boris Berezovskinin atılmış qəbri görənləri dəhşətə gətirdi

Aktual

4 Oktyabr 2017, 18:30

Rusiyalı mərhum milyonçu Boris Berezovskinin Londonun yaxınlığındakı qəbiristanlıqda yerləşən məzarı baxımsızlığı ilə görənləri dəhşətə gətirib.

 

Virtualaz.org xəbər verir ki, qəbrin şəklini özünün “İnstagram” səhifəsində məşhur jurnalist Aleksey Venediktov paylaşıb. “Ölümündən 4 il sonra Boris Berezovskinin qəbri bu vəziyyətdədir”, - “Exo Moskvı” radiosunun baş redaktoru yazıb.

 

Xatırladaq ki, Berezovski 2000-ci ildə Rusiyadan İngiltərəyə mühacirət edib. O, 2013-cü ilin mart ayının 23-də evinin hamam otağında ölü tapılıb. 67 yaşlı intihar etmiş iş adamı həmin vaxt 800 milyon dollara sahib idi.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu