Modern.az

Asiya İnkişaf Bankı: “Azərbaycanın bank sektoru stabilləşib”

Asiya İnkişaf Bankı: “Azərbaycanın bank sektoru stabilləşib”

Aktual

4 Oktyabr 2017, 18:48

Azərbaycanın bank sektoru Beynəlxalq Bankın 3,3 milyard dollar həcmində xarici öhdəliklərinin təkrar strukturlaşdırılmasından sonra stabilləşib.

 

Modern.az-ın məlumatına görə, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

 

O qeyd edib ki, kifayət qədər kapitallaşması olan bəzi banklar kredit portfelinin bərpa olunması üçün addımlar atsa da, bu hələlik trendə çevrilməyib.

O həmçinin bildirib ki, AİB Azərbaycanın dəmir yolu sektorunun inkişafına 500 milyon dollar kredit verilməsi imkanını nəzərdən keçirir. O əlavə edib ki, bu məsələ ilə bağlı hələlik hər hansı bir qərar qəbul olunmayıb və danışıqlar başlamayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu