Millət vəkili Çingiz Qənizadə ilə eks-deputat Qalib Salahzadənin məhkəməsinin vaxtı məlum olub. Bu barədə Modern.az-a millət vəkili Çingiz Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. Vəkil bildirib ki, Ç.Qənizadə şeyxin qudası Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 6-da saat 11:15-də Sabunçu Rayon Məhkəməsində keçiriləcək.
Məhkəmə iclasına hakim Ziya Şirinov sədrlik edəcək.