Modern.az

FHN yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yaydı

FHN yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yaydı

Aktual

4 Oktyabr 2017, 23:17

Fövqəladə Hallar Nazirliyi (FHN) yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yayıb. Modern.az nazirliyin saytına istinadən xəbər verir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.

 

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub. Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu