“Abbas Abbasovla 25 il bundan qabaq görüşmüşük. O zamanlar onu işə götürmüşdüm. 1990-cı illər olardı. Abbas Abbasovu Mərkəzi Komitəyə işə götürdüm. Daha doğrusu, onu təklif etdilər.
Çünki kadrları mən seçmirdim. Bununla bağlı xüsusi adamlar var idi. Yenə də Abbas Abbasovla yaxın əlaqələrimiz olmayıb. Uzaqdan-uzağa bir-birimizi tanımışıq”.
Bunu Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla əlaqələrinin olması xəbərinə münasibət bildirərkən deyib.
O, A. Abbasovun işgüzar fəaliyyətindən də söz açıb.
“Zarafat deyil. O günlərin üzərindən 25 il keçib. O zaman onun işə götürülməsi 2-ci katibin işi idi. Abbasovu çalışqan biri kimi xatırlayıram. İşdən qaçan deyildi.
Onu işə götürəndə də bu cür təqdim etmişdilər. Sırf mənim işçim olmayıb ki, deyim, bütün xüsusiyyətlərini bilirəm. Sadəcə, o da aparatda çalışıb. İndi isə Abbas Abbasovun fəaliyyəti ilə tanış deyiləm. Yalandan nəsə fikir söyləmək istəmirəm”.