Modern.az

Skandinaviya Türk Federasiyasının başqanı: “Qarabağa gedən Türkiyə vətəndaşları vətən xainləridir”

Skandinaviya Türk Federasiyasının başqanı: “Qarabağa gedən Türkiyə vətəndaşları vətən xainləridir”

Aktual

5 Oktyabr 2017, 14:42

“Dağlıq Qarabağ Ermənistan tərəfindən qanunsuz və haqsız olaraq işğal edilmiş qardaş Azərbaycan torpağıdır. Ora səyahət edə bilmək üçün mütləq Azərbaycanın razılığının olması şərtdir”.

Modern.az xəbər verir ki, bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı Ilhan Esen diaspor fəalı Elnur Eltürklə söhbət zamanı bildirib.

Federasiya rəhbəri qeyd edib ki, Azərbaycanın razılığı olmadan ermənilərin qanunsuz nəzarəti altında olan torpaqlara səyahət etmək, ermənilərlə işbirliyində olmaq və qardaş Azərbaycanın, Türkiyənin milli siyasəti və milli maraqlarının əleyhinə çıxmaq deməkdir.

“Azərbaycan bu şəxslər haqqında həbs olunma qərarı çıxarmaqda tamamilə haqlıdır. Vətənimiz Türkiyədə də bir an əvvəl bu şəxslərin cəzalandırılması həyata keçirməli və qardaş Azərbaycana olan dəstəyin səmimi olduğunu göstərməliyik. Biz federasiya olaraq işğalçı ermənilərin nəzarəti altında olan Qarabağa Azərbaycanın icazəsi olmadan gedənləri sərt şəkildə qınayırıq. Bu hərəkətlərini vətənə xəyanət olaraq bəyan edirik”,-deyə İ.Esen söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu