Modern.az

Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...

Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...

5 Oktyabr 2017, 15:38

Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.

 

İki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.

 

4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.

 

İt dişləyən S.Mirzəyeva 63 saylı orta məktəbin şagirdidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu