Modern.az

Makron kürdlərlə İraq hökuməti arasında vasitəçi olmaq istəyir

Makron kürdlərlə İraq hökuməti arasında vasitəçi olmaq istəyir

5 Oktyabr 2017, 15:51

Fransa prezidenti Emmanuel Makron rəsmi Bağdadla İraq Kürdüstanı arasında vasitəçi olmağa hazırdı.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə İraqın baş naziri Heydər əl-Abadi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

“Əgər İraq hökuməti istəyirsə, Fransa Bağdad və Ərbil arasında vasitəçi olmağa hazırdı”.

Bundan əvvəl, BMT-də müstəqillik elan edən Kürdüstanla rəsmi Bağdad arasında vasitəçilik missiyasını təklif etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu