Modern.az

Kənd təsərrüfatında yeni texnologiyalar tətbiq olunacaq

Kənd təsərrüfatında yeni texnologiyalar tətbiq olunacaq

Aktual

5 Oktyabr 2017, 16:57

Oktyabr ayının 5-də Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən Nazirliyin müvafiq şöbələrinin nümayəndələri üçün kənd təsərrüfatında tətbiq oluna biləcək yeni texnologiyalara dair növbəti təlim keçirilib. 

 

Təlimin mövzusu “Torpaq Sahələrinin İdentifikasiyası Sistemi (TSİS) və Yerində Yoxlamaların avtomatik idarə edilməsi üçün mövcud İT həlləri” olub. Təlimdə layihənin beynəlxalq ekspertləri olan Pavel Trojacek, Jan Ausficir və Tomas Orlickas təlim iştirakçıları ilə təcrübələrini bölüşüblər.

Təlimdə əsasən gələcəkdə kənd təsərrüfatında tətbiq oluna biləcək texnoloji həllər haqqında məlumat verilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu