Modern.az

Bakıda məktəb radiosu yaradıldı

Bakıda məktəb radiosu yaradıldı

5 Oktyabr 2017, 17:14

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin radiosu fəaliyyətə başlayıb.

Bu barədə Təhsil İdarəsindən Modern.az-a verilən məlumatda deyilib.

Bildirilibb ki, 147 FM adlanan radio lisey daxilində yayımlanır.

Radionun yaradılmasında əsas məqsəd şagirdlərin bacarıqlarını inkişaf etdirmək, dünyagörüşünü artırmaq, karyera qurmalarına kömək etmək, həmçinin, tədrisin keyfiyyətini yüksəltməkdən ibarətdir.

147 FM-in həftənin 5 günü saat 8:00-dan 8:30-dək, yəni dərs başlayanadək və tənəffüs vaxtı, saat 10:55-dən 11:05-dək yayımlanması nəzərdə tutulur. 

Radioda liseyin elanları, müəllim və şagirdlərin müsahibələri, şeirlər, lətifələr, təbriklər səsləndirilir.

Yaxın gələcəkdə 147 FM-in internet səhifəsinin yaradılması planlaşdırılır.

       

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu