Modern.az

Almaniyalı alim Tərcümə Mərkəzində

Almaniyalı alim Tərcümə Mərkəzində

5 Oktyabr 2017, 17:26

Oktyabrın 5-də AlmaniyanınVürtsburqUniversitetinin professoruZiklindeHartman ARNK yanında Tərcümə Mərkəzində olub.

 

Görüş zamanı Mərkəzin Azərbaycan dilinə tərcümə və nəşr etdiyiHerman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass və digər bu kimi tanınmış alman ədiblərinin əsərlərindən söz açılıb.

 

Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında sıx ədəbi körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində alman dilinə tərcümə edilmiş və xanım Ziklinde Hartmanın redaktoru olduğu “Azərbaycan hekayəsi” kitabının Frankfurt universitetlərinin kitabxanalarına yerləşdirilməsinə və təqdimatına dair məsələlər müzakirə olunub.

 

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan Haynrix Böllün “İki roman” kitabı hədiyyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu