Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
2017-ci ildə istixanaların inkişafı məqsədilə ölkənin 3 rayonunda fəaliyyət göstərən 3 nəfərə 470 min manat həcmində kredit verilib.
Hesabatda bildirilir ki, müvafiq dəstək tədbirlərinin nəticəsi olaraq 2017-ci ilin birinci yarısı ərzində faraş tərəvəz istehsalının ciddi şəkildə artımı hesabına ümumi tərəvəz istehsalı 41,8 faiz artıb.
Həmçinin örtülü torpaqlarda faraş tərəvəz istehsalının artırılması hesabına cari ilin yanvar-iyun ayları ərzində tərəvəz ixracının həcmi natural ifadədə 73,1 faiz, dəyər ifadəsində isə 62,7 faiz artıb.