Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

5 Oktyabr 2017, 23:10

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 57,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,13 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 57,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 4-də 54,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 4-də 56,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar/barel çoxdur.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu