Modern.az

Kürdə suyun səviyyəsi 1 metr artıb

Kürdə suyun səviyyəsi 1 metr artıb

5 Oktyabr 2017, 23:41

Kür çayında suyun səviyyəsi artıb. Modern.az “Report”a istinadən xəbər verir ki, buna son günlər ölkə ərazisində yağan intensiv yağışlar səbəb olub.

Artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.

Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu