Modern.az

Putin  Səudiyyə Ərəbistanı kralı ilə silah satışında razılaşdı

Putin  Səudiyyə Ərəbistanı kralı ilə silah satışında razılaşdı

Dünya

6 Oktyabr 2017, 01:01

Bu gün 1000 nəfərlik heyətlə Moskvaya səfər edən Səudiyyə kralı Salman bin Əbdüləziz əs-Səud Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə başçısı yeni silah alınması istiqamətində razılışma əldə ediblər.

 

Razılaşmaya əsasən, alınacaq yeni silahlar arasında S-400 zenit raket kompleksi də var.

 

Qeyd edək ki, Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Oleq Ozerov bundan əvvəl krallığın Rusiyadan S 400 zenit-raket kompleksləri əldə etmək niyyətində olduğunu bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı