Modern.az

Rusiyada avtobus qatarla toqquşub - 17 ölü  

Rusiyada avtobus qatarla toqquşub - 17 ölü   

6 Oktyabr 2017, 08:35

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində 17 nəfər ölüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub. Hadisə nəticəsində həlak olanlardan 15-i Özbəkistan vətəndaşlarıdır. Qəza zamanı avtobusda 56 nəfərin olduğu bildirilir. 

Ölü sayının artacağı istisna olunmur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu