Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində iki bacı – 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızı yolu keçmək istəyən zaman minik avtomobili onları vurub.
Yaralılar “təcili yardım” maşını vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəzyyəti orta-ağırdır.
Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.