Modern.az

Qalib Salahzadə: “Qrip olmuşam, məhkəməyə getməyəcəm”

Qalib Salahzadə: “Qrip olmuşam, məhkəməyə getməyəcəm”

6 Oktyabr 2017, 11:01

Eks-deputat Qalib Salahzadə Çingiz Qənizadə ilə bu günkü məhkəmə prosesində şəxsən iştirak etməyəcək. 

 

Bu barədə Modern.az-a  Qalib Salahzadə özü məlumat verib. 

 

O, bildirib ki, qrip olduğu üçün məhkəmədə iştirak edə bilməyəcək.

 

“Qrip olmuşam. Məhkəməyə vəkilimi göndərəcəm. O, iştirak edər”. 

 

Qeyd edək ki, deputat Ç.Qənizadəin şeyxin qudası Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 6-da saat 11:15-də Sabunçu Rayon Məhkəməsində keçiriləcək. Məhkəmə iclasına hakim Ziya Şirinov sədrlik edəcək.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu