Fransadakı səfirliyimizin və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie markası) kolleksiyası "Fashion Glam Couture"-ün Prezidenti Miryam Lariyerin təşkilatçılığı (fr. Myriam Larriere) ile nümayiş edilib.
Modern.az xəbər verir ki, Paris moda həftəsi çərçivəsində təşkil olunan moda nümayişində ADA-nın prezidenti Jan-Fransua Mansel, Fransada Azərbaycan səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyor, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.
Həcər Qala 25 ildən artıqdır ki, Avstraliyada yaşayaraq sǝnǝti ilǝ mǝşǧul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq o əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır.
Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ Azərbaycanı təmsil edir.
Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların rǝǧbǝtinǝ vǝ böyük marağına səbəb olub.