Modern.az

Lənkəranda 30 ağac kəsildi - iş prokurorluğa göndərildi

Lənkəranda 30 ağac kəsildi - iş prokurorluğa göndərildi

6 Oktyabr 2017, 11:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

 

Modern.az xəbər verir ki, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar)kəsildiyi məlum olub.

 

Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər  Prokurorluğuna  göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu