Modern.az

Nobel Sülh Mükafatı bu təşkilata verildi

Nobel Sülh Mükafatı bu təşkilata verildi

6 Oktyabr 2017, 13:19

2017-ci il üçün Nobel Sülh Mükafatı laureatına Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

Bu barədə Modern.az xarici KİV-lərə istinadən xəbər verir.

 

Təşkilata "nüvə silahlarından istifadənin faciəvi nəticələrə gətirib çıxarmasına diqqət ayırmaq sahəsindəki işləri və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasındakı səylərinə görə" bu mükafat verilib.  

 

Xatırladaq ki, mükafatların təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.

 

Bu il üçün laureatlara 9 milyon İsveç kronu (1,12 milyon dollar) veriləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu