Modern.az

Barak Obamanın İlham Əliyevə göndərdiyi məktub açıqlandı

Barak Obamanın İlham Əliyevə göndərdiyi məktub açıqlandı

7 İyun 2011, 14:47

ABŞ-ın Azərbaycandakı səfirliyi  Prezident Barak Obamanın 18-ci Xəzər Neft və Qaz sərgisinin açılışı ilə alaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun mətnini açıqlayıb. Modern.az səfirliyin mətbuat xidmətinin yaydığı məktubun mətnini təqdim edir. Məktubda deyilib:

"Hörmətli cənab Prezident,
Sizi və Azərbaycan xalqını Bakıdakı 18-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının açılışı münasibətilə təbrik edirəm. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin uzaqgörənliyi və məqsədyönlülüyü nəticəsində Şərq-Qərb Enerji Dəhlizinin əsası qoyulmuşdur. Azəri-Çıraq-Günəşli neft yataqları, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Şahdəniz qaz yatağı və Cənubi Qafqaz qaz kəməri kimi böyük enerji layihələrinə qoyulan iri sərmayələr Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirmişdir.

Azərbaycanda dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlıq öz növbəsində beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə vermişdir.  Dünyadakı ən geniş və mürəkkəb layihələrdən biri olan Cənub Dəhlizi layihəsinə qoşulmaq barədə Sizin verdiyiniz qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanğıcına və iqtisadiyyatın inkişafına təkan verəcək və  o cümlədən, təbii qaz ehtiyatlarının mənimsənilməsini daha da təkmilləşdirəcək. Azərbaycanın energetika sektoruna qoyduğu sərmayə dünya iqtisadiyyatına inteqrasiya prosesini və Azərbaycan xalqının və vətəndaşlarının yaşayış standartlarının yüksəldilməsini sürətləndirəcək. Birləşmiş Ştatlar, enerji təhlükəsizliyi və müxtəlifliyinin inkişaf etdirilməsi və Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması sahəsində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular