Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.
Modern.az saytı xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.
Pedro Aqramunt bu addımını şəxsi səbəblərlə əlaqələndirib: "Bu gün şəxsi səbəblərə görə AŞPA prezidenti vəzifəsindən getmək qərarı verdim".
Qeyd edək ki, Pedro Aqramunt 2000-ci ildən İspaniyanın nümayəndə heyətinin tərkibində AŞPA-da təmsil olunur. O, ilk dəfə 2016-cı ildə AŞPA prezidenti postuna seçilib. 2017-ci ildə isə ikinci dəfə ona etimad göstərilib.