Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə Modern.az-a Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib.
Məlumata görə, hakim Ənvər Seyidovun vəziyyəti tam stabilləşdiyi üçün müalicəsinin ev şəraitində davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Ə.Seyidov səhhətində yaranan problemlrədən dolayı sentyabrın 25-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.
Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu.