Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferlə görüşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili məsələsi və Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyətə dair məsələlər müzakirə edilib.