Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Bu barədə Modern.az Ermənistan KİV-nə istinadən bildirir.
Məlumatda qeyd olunub ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin vacibliyi vurğulanıb.
Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili imkanları müzakirə edilib.