Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib.
Ria Novosti xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Suriyanın Hama əyalətində “Mi-28” helikopteri başqa bir “Mi-28”i müşayiət edərkən baş verib.
Məcburi enişə səbəb kimi helikopterin nasaz olması göstərilib.
Xəsarət alan yoxdur.