Modern.az

ABŞ Sudana qarşı sanksiyaları aradan qaldırır

ABŞ Sudana qarşı sanksiyaları aradan qaldırır

7 Oktyabr 2017, 00:01

ABŞ administrasiyası Sudana qarşı tətbiq edilən sanksiyaların bir qismini aradan qaldıracaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyertin bəyanatında bildirilib.

 

Sanksiyaların  Sudan hökumətinin ölkə daxilində vəziyyətin normallaşdırılmasında əldə etdiyi nailiyyətlər sayəsində götürüləcəyi bildirilir. Sanksiyaların oktyabrın 12-də aradan qaldırılacağı məlum olub.

 

Bununla belə ABŞ Sudanı terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxarmaq niyyətində deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı