Modern.az

Hesablama Palatası hansı qurumda yoxlama aparır?

Hesablama Palatası hansı qurumda yoxlama aparır?

7 İyun 2011, 16:51

Qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətə malik olan Hesablama Palatası bu ilin aprelində Milli Məclisə 2010-cu ilə dair hesabat verdi. Palata daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanı olaraq hər il dövlət büdcəsininicrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət həyata keçirir və audit yoxlamaları aparır.

Qeyd edək ki, Hesablama Palatasının parlamentə təqdim etdiyi sonuncu hesabatda bir sıra dövlət orqanlarında ciddi nöqsanlar aşkar edildiyi bildirilmişdi.

Bəs palata hazırda hansı qurumda yoxlama aparır? Modern.az saytı bu sualla qurumun mətbuat xidmətinə müraciət edib.
Palatanın mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda qurum heç bir təşkilatda audit yoxlaması aparmır.
“Hesablama Palatasının nə vaxt və hansı qurumlarda yolxlama aparması Kollegiya İclasında müəyyənləşdirilir”-deyə qurumdan bildirilib.

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular