Modern.az

Bakıda oğrunu zərərsizləşdirən polis bıçaqlandı

Bakıda oğrunu zərərsizləşdirən polis bıçaqlandı

Aktual

7 Oktyabr 2017, 13:15

Oktyabrın 6-da gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib.     


DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.


Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.

        
İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyən edilib.  

        
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon Prokurorluğuna göndərilib.

 

         

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu