Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti postuna iki namizəddən biri seçiləcək.
Modern.az-ın məlumatına görə, bu vəzifəyə Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb. Avropa Xalq Partiyasının üzvləri olan Emanuelis Zinqeris litvalı, Stella Kiriakides isə kiprlidir.
AŞPA-nın qaydalarına uyğun olaraq təşkilatın prezidenti oktyabrın 9-da Strasburqdakı payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.
Qeyd edək ki, AŞPA prezidenti Pedro Arqamunt iki gün öncə istefa verib. Hazırda assambleyanın prezidenti vəzifələrini Rocer Qeyl icra edir.