ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) Cənibi Qafqaz regionuna səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.
Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində dövlət başçıları ilə görüşüblər.
Bəyanatda qeyd olunur ki, hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib.
Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.