“İctimai Palatanın iyunun 19-na təyin etdiyi aksiya ilə bağlı yerin ayrılması üçün müraciəti hazırdır və sabah Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək”.
Bu barədə Modern.az saytına Müsavat başqanın müavini Tofiq Yaqublu məlumat verib. Onun sözlərinə görə, Koordinasiya Şurasının bu günkü iclasında müraciət üzvlər tərəfindən imzalanıb.
“Biz bu gün sadəcə iş vaxtının sona çatması üzündən müraciəti şəhər rəhbərliyinə çatdıra bilmədik. Sabah müraciət rəsmi şəkildə təqdim ediləcək”-deyə Tofiq Yaqublu vurğulayıb.
Müsavat rəsmisi bildirib ki, İctimai Palata aksiya keçirmək üçün Nəriman Nərimanov adına bağın ayrılamsını istəyib.
Modern.az