Modern.az

Kəlbəcərdə pomidor yetişdirib Moskvada satan azərbaycanlı fermer

Kəlbəcərdə pomidor yetişdirib Moskvada satan azərbaycanlı fermer

7 Oktyabr 2017, 23:57
Kəlbəcərdə yetişdirilən pomidorlar Moskvanın iri meyvə-tərəvəz bazarlarında satışa çıxarılıb.
 
Modern.az "BakuPost"a istinadən xəbər verir ki, pomidorlar barədə məlumat olan kağızda məhsulun Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunub. Əsas maraqlı məqam isə ondan ibarətdir ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların istehsalçısı kimi azərbaycanlı adı qeyd olunub.
 
Fermerin adı Talıbov Zabil Ocaqverdi oğlu, ünvan kimi isə Azərbaycan Respublikası, Kəlbəcər rayonu göstərilib. 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu