Moskvada ticarət mərkəzində yanğın olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə “Sindika” ticarət mərkəzində qeydə alınıb. Baş verən yanğının əhatə etdiyi sahə 55 min kvadrat metr olub. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Hadisə yerindən 3000 insan təxliyyə olunub.
Yanğının söndürülməsinə helikopterlər cəlb olunub.