"Ərbil ilə rəsmi Bağdad arasındakı vəziyyəti yaxından izləyirik". Modern.az xarici istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Stefan Düjarrikin sözlərinə görə, BMT-ni bölgədəki vəziyyətin qaydasına düşməsi üçün heç bir addım atmamaqda ittiham edənlər bütün prosesləri yaxından təqib etdiyimizi bilməlidir.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. BMT referendumdan əvvəl İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdi.