Modern.az

Millimiz Almaniyaya böyük hesabla uduzdu - YENİLƏNİB

Millimiz Almaniyaya böyük hesabla uduzdu - YENİLƏNİB

9 Oktyabr 2017, 00:39

Almaniya yığmasının oyunçusu Sandro Wagner matçın 54-cü dəqiqəsində 2-ci qolu vuraraq meydan sahiblərini hesabda irəli çıxarıb. Matçın 64-cü dəqiqəsində Almaniya yığmasının oyunçusu Antonio Ruediger  qapımızdan 3-cü qolu keçirib. Almaniya yığmasının 4-cü qolu isə Leon Goretzkanın ayağına yazılıb. Oyunun 80-ci dəqiqəsində isə Əmrə can komandasının 5-ci qolunu vurub.

Beləliklə, oyun 5:1 hesabı ilə Almaniya yığmasının xeyrinə yekunlaşıb.

 

23:22

 

Almaniya Azərbaycan qarşılaşmasında daha bir qol vurulub. Modern.az xəbər verir ki, bu dəfə milli komandamız Almaniya millisinin qapısına yol tapıb. Belə ki, millimizin oyunçusu Ramil Şeydayev oyunun 33-cü dəqiqəsində hesabı bərabərləşdirib.

 

23:07

 

Bu gün Dünya Çempionatı - 2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verilib. Modern.az xəbər verir ki, "C" qrupunda yer alan milli komandamız son oyunda Almaniya ilə qarşılaşır. Oyunda hesabı almanlar açıb. Almaniyanın oyunçusu Qoretzka  topu millimizin qapısından keçirib.

Qeyd edək ki, Almaniya millisi keçirdiyi 9 oyunda maksimum nəticələ ilə DÇ-2018-ə vəsiqəni təmin edib. Azərbaycan isə bu şansı itirdiyi üçün bu matç, hər iki komanda üçün formal xarakterli olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər