Modern.az

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırdı

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırdı

8 Oktyabr 2017, 23:29

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir. 

 

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu