İyunun 10-da erməni katolikosu II Qaragin Gürcüstana səfərə gələcək. Modern.az “armtudey”-ə istinadən bildirir ki, II Qaragin Tiflisə gürcü provoslav kilsəsinin dəvəti ilə gəlir. Səfər çərçivəsində katolikosun gürcü patriarxı İlya, prezident Mixail Saakaşvili ilə görüşü planlaşdırılıb.
Bundan başqa Qaragin Gürcüstanda akkreditə olunmuş səfirliklərlə, dini icmaların liderləri ilə də görüşəcək. Məlumatdə qeyd olunur ki, Qaraginin Gürcüstanda yaşayan müsəlman icması ilə də görüşü də planlaşdırılır.
Səfər çərçivəsində II Qaragin həmçinin ermənilərin toplim halında yaşadığı Cavaxetiyaya da gedəcək. Qaraginin müsəlman icması ilə görüşü barədə məlumatı QMİ-dən dəqiqləşdirmək isətəsək də, iş günün sonu olduğundan mümkün olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsi yaradılıb. Erməni dini liderinin də məhz bu icma üzvləri ilə görüşəcəyi istisna olunmur.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Gürcüstanda yaradılmış alternativ qurumu sərt tənqid edib. Rəsmi Tiflis isə bu məsələ barədə susmağa üstünlük verir.
Modern.az