AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün növbəti görüşünə çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniya yığmasını qəbul edən Azərbaycan futbolçuları yenə biabrçı vəziyyətə düşüblər.
Azərbaycan və Almaniya yığmaları arasında keçirilən matçın ilk yarısının sonuna doğru hesab 0:2 olarkən Tofiq Bəhramov adına Respublika stadionunu "İstefa!" şüarları bürüyüb.
Azarkeşlər "İstefa!", "İstefa!" qışqıraraq milli komanda rəhbərliyini pis oyuna görə qınayıblar.
Yekunda Azərbaycan 1:3 hesabı ilə məğlub olub...
Azərbaycan - Almaniya - 1:3
Qol: Məsut Özil, 30 (0:1). Mario Qomes, 41 (0:2). Murad Hüseynov, 89 (1:2). Andre Şürrle, 90+2 (1:3)
Baş hakim: Mixail Koukoulakis (Yunanıstan)
AZƏRBAYCAN: Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Ruslan Abışov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov (Rəşad Sadiqov, 86), Əfran İsmayılov (Arif İsayev, 57), Vüqar Nadirov, Vaqif Cavadov (Murad Hüseynov, 70).
ALMANİYA: Manuel Noyer, Dennis Aoqo, Filip Lam, Xolqer Badştuber, Mats Xummels, Toni Kroos, Benedikt Hevedes, Tomas Müller, Lukas Podolski (Andre Şürrle, 75), Məsut Özil (Mario Götse, 81), Mario Qomes.
Modern.az