Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, erməni tərəfi atəşkəsi pozmaqda davam edir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 7-də saat 21.30-dan 21.45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 8-də saat 00.10-dan 00.30-dək və 00.20-dən 00.40-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.