Milli Məclisin sədrinin müavini Bahar Muradova bu gün Füzuli rayonuna gedib.
Bu barədə Modern.az-a deputatın köməkçisi məlumat verib. O qeyd edib ki, Bahar Muradova bölgəyə səfəri müddətində rayonda baş vermiş təbii fəlakət nəticəsində insanlara dəymiş ziyanla tanış olacaq.
Eyni zamanda Bahar Muradova Füzulidə seçicilərlə görüşəcək.
Köməkçi bildirib ki, Bahar Muradova seçicilərlə mütəmadi olaraq görüşlər keçirir.
Qeyd edək ki, Bahar Muradova Füzulidən deputat seçilib.
Bir neçə gün öncə Füzuli rayonuna yağan yağış və dolu təbii fəlakətə səbəb olub.
Modern.az