KİV nümayəndələri üçün tikiləcək bina ARDNŞ –n şəhərciyinin içində inşa olunacaq
Jurnalistlər üçün tikiləcək evin layihəsnin smetası təsdiqlənib. Modern.az “Yeni Müsavat”a istinadən bildirir ki, bu barədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli açıqlamasında bildirib. Onun dediyinə görə, sözügedən ərazidə Dövlət Neft Şirkətinin şəhərciyi yerləşəcək: “O tenderi də biz yox, Dövlət Neft Şirkəti keçirib. 7-8 təşkilat içərisindən biri qalib seçilib. Amma oradakı şəhərcikdə cəmi bir bina bizimkidir. Həmin bina da digərlərindən fərqlidir. Biz təklif verdik ki, həmin bina kitab formasında olsun. O şəhərciyin məktəbi, meydançası var. Yerimiz genişdir. Həyətdə besetka, qaraj belə nəzərdə tutulub”.
V.Səfərli işlərin qaydasında getdiyini dedi. Onun sözlərinə görə, hazırda sözügedən ərazidə çirkli torpraqlar təmizənərək, hasara salınıb. İşlər yubanmasın deyə növbətçi prosedurlar həyata keçirilir: “Layihə smetası hazıdır. Şəhər memarlığında təsdiq olunmalıdır. İnşaat pasportu alınıb. Bir-iki günə memarlıqda təsdiq olunacaq smetanı Fövqəladə Hallar Nazirliyinə verəcəyik. Biz onlara dəyəri verəcəyik, onlar təkliflərini deyəcəklər”.
V.Səfərli deyib ki, tender keçirməyəcəklər. Onun sözlərinə görə, sadəcə, 5-6 tanınmış şirkət arasında sorğu keçirilərək nəticələri təhlil ediləcək: “Hamısı vaxt aparan işlərdir. Nəzərdə tutulan vaxtda - 2 il müddətində binanı tikib qurtaracağıq. Təməlatma mərasiminin vaxtı podratçı şirkətlə danışandan sonra bilinəcək”.